Gündəm / Səhiyyə
Səhiyyə Nazirliyi 22 yaşdan aşağı olanları enerji içkilərini qəbul etməməyə çağırıb
Səhiyyə Nazirliyi 22 yaşdan aşağı olanları enerji içkilərini qəbul etməməyə çağırıb.
Globalpress.az-ın xəbərinə görə, bu barədə nazirliyin feysbuk səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmini pozur:
"Hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır".
Məlumatda qeyd olunub ki, bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır:
"22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidilər. Enerjili içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır".
Daha çox xəbər:

Çin XİN ABŞ-ı Yaxın Şərqdə hərbi güc tətbiq etməməyə çağırıb

Çində üç yaşdan yuxarı uşaqlar peyvənd olunacaq

“Bütün bu qanunsuzluqlar bələdiyyələrin, sahə müvəkkillərinin gözü qarşısında baş verir...”

Səhiyyə Nazirliyi spirtlə bağlı əhaliyə xəbərdarlıq etdi - RƏSMİ

Qeyri-sabit hava: enerji təchizatında problem olub?