Gündəm
Bakıya yenə Dünya Kuboku yarışı salındı

Bu il keçiriləcək güllə və stend atıcılığı üzrə yarışların təqvimi bəlli olub.
Oxu.Az xəbər verir ki, ənənəvi olaraq Azərbaycanda keçirilən Dünya Kubokunun mərhələ yarışının vaxtı da dəqiqləşib.
Bakıda təşkil olunacaq güllə və stend atıcılığı üzrə Dünya Kubokuna mayın 27-də start veriləcək. Yarış iyunun 9-dək davam edəcək.
İl boyu digər Dünya Kuboku yarışları bu ölkələrdə olacaq: Mərakeş (Rabat, 7-12 fevral), Misir (Qahirə, 26 fevral – 8 mart), Kipr (Nikosiya, 8-19 mart), Peru (Lima, 27 mart – 7 aprel), Braziliya (Rio de Janeyro, 9-19 aprel), İtaliya (Lonato, 19-30 aprel), Koreya (Çanqvon, 9-22 iyul).
Qeyd edək ki, ötən il 21 iyun – 2 iyul tarixləri aralığında Bakıda keçirilməli olan güllə və stend atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışı və 18-24 oktyabrda Çempionlar Kuboku (Dünya Kubokunun final mərhələsi) turniri pandemiya səbəbindən ləğv edilib.
Daha çox xəbər:

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçılarının podium məşqləri keçirilib

Növbəti “Formula-1” yarışı Bakıda nə vaxt keçiriləcək? - FOTO

Batutçumuz Dünya kubokunun finalında

Dünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı

Beş illik fasilədən sonra bərpa olunan yarış Bakıya salındı