Gündəm
Güləş Federasiyasının prezidenti müəyyənləşəcək - ÖZƏL

Bu gün Azərbaycan Güləş Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək.
Oxu.Az-ın əldə etdiyi xəbərə görə, günün ikinci yarısında federasiyanın yeni prezidentinin və vitse-prezidentlərin adına aydınlıq gələcək.
Qeyd edək ki, tədbir ənənəvi olaraq Gənclər və İdman Nazirliyində baş tutacaq.
Xatırladaq ki, Azərbaycana ən çox medal qazandıran bu federasiya 2018-ci ilin sonlarından prezidentsiz qalıb. Sabiq vergilər naziri Fazil Məmmədovun öz məktubu ilə bu qurumun rəhbəri vəzifəsindən ayrılmasından sonra I vitse-prezident Namiq Əliyev prezident əvəzi kimi fəaliyyət göstərir.