Gündəm / Siyasət / Dünya
18:25, 02 Haziran 2025
0

Ukrayna Rusiya ilə bu tarixdə görüşə bilər

Ukrayna  Rusiya  ilə  bu tarixdə  görüşə bilər


Ukrayna Rusiya ilə yeni görüşün 20-30 iyun tarixləri arasında keçirilməsini təklif edib.
Globalpress.az xəbər verir ki, bunu İstanbulda Rusiya ilə danışıqların ikinci raundunda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən müdafiə naziri Rüstəm Umerov bildirib.

"Biz görüşün ayın sonunadək, iyunun 20-dən 30-dək keçirilməsini təklif etdik. Rusiya ilə növbəti görüş yalnız liderlər səviyyəsində hazırlıq olduğu təqdirdə məna kəsb edəcək. Ayın sonuna qədər cavab gözləyirik. Biz həmçinin biz həlak olmuş 6 min əsgərin meyitinin qaytarılması barədə razılaşdıq", - o, "Rada" telekanalının yayımladığı mətbuat konfransında bildirib.

Umеrov mübadilənin tarixi və digər təfərrüatları barədə məlumat verməyib.

Bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb. Tərəflər iki ölkənin liderlərinin görüşünün təşkili, əsir mübadiləsi və atəşkəslə bağlı məsələləri müzakirə ediblər.
Digər xəbərlər: