Gündəm / Cəmiyyət / Səhiyyə
17:00, 03 Haziran 2025
0

Səhiyyə Nazirliyi çağırış etdi

Səhiyyə Nazirliyi çağırış etdi


Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.
Globalpress.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə müraciət edib.

Müraciətdə bildirilib ki, kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin, əl gigiyenasına ciddi riayət edin, gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin, geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.

Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.
Digər xəbərlər: