Gündəm / Siyasət / Dünya
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb

Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə Rusiya arasında ümumilikdə 190 əsir əsgərin dəyişdirildiyini bildirib.
Globalpress.az xəbər verir ki, aparılan danışıqlar nəticəsində Ukraynada əsir götürülən 95 rus əsgəri Moskvaya təhvil verilib, bunun müqabilində Ukrayna Silahlı Qüvvələrindən əsir götürülən 95 əsgər isə Kiyevə təhvil verilib.
Açıqlamada: "Birləşmiş Ərəb Əmirlikləri rus əsgərlərinin əsirlikdən azad edilməsi zamanı humanitar vasitəçilik edib", - deyilib.
Bildirilib ki, azad edilən rusiyalı hərbçilər Rusiya Müdafiə Nazirliyinə tabe olan səhiyyə müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarələri ilə Moskvaya aparılıb