Gündəm / Siyasət / Cəmiyyət
Ceyhun Bayramov ATƏT- in Baş katibini qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qarşılayıb.
Globalpress.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Məlumata görə, Azərbaycan XİN başçısı ilə ATƏT-in Baş katibi arasında ikitərəfli görüş başlayıb.
Görüşdə tərəflər Azərbaycan-ATƏT əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, regional təhlükəsizlik məsələləri və Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə müzakirələr aparıblar.
ATƏT məkanında dəyişən vəziyyətə toxunulub və dialoq ilə sabitliyin vacibliyi vurğulanıb.