Gündəm / Siyasət / Dünya
19:37, 21 Haziran 2023
0

XİN başçımız Helqa Şmitlə görüşüb

XİN  başçımız Helqa Şmitlə görüşüb


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb.

Globalpress.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında məlumat verilib.

Görüş zamanı Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Azərbaycan XİN rəhbəri regionda münaqişədən sonrakı vəziyyət və reallıqlar barədə ATƏT Baş katibinə məlumat verib:

"Azərbaycanın Ermənistanla sülh prosesinə sadiqliyi bir daha vurğulanıb".
Digər xəbərlər: