Gündəm / İqtisadiyyat / Dünya
14:40, 13 Eylül 2024
0

Aİ İrana yeni sanksiyalar tətbiq edə bilər

Aİ İrana yeni sanksiyalar tətbiq edə bilər


Avropa İttifaqı (Aİ) Rusiyaya dəstək verdiyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
Globalpress.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrell deyib.
O,bildirib ki, məhdudiyyətlər aviasiya sektoruna, eləcə də dron və ballistik raketlərin hazırlanması proqramlarının iştirakçılarına təsir edəcək.

J.Borrell “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, Aİ İran istehsalı olan ballistik raketlərin Rusiyaya ötürülməsini qətiyyətlə pisləyir: “Biz ballistik raketlərin və pilotsuz uçuş aparatlarının yaradılması üzrə İran proqramlarına qarşı dərhal yeni tədbirlər görəcəyik”.
Digər xəbərlər: