Gündəm / Siyasət / İqtisadiyyat / Dünya
20:17, 27 Mart 2023
0

İrana qarşı daha bir sanksiya

İrana  qarşı  daha  bir  sanksiya


Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Globalpress.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Kanada hökuməti İrana qarşı insan haqlarının pozulması, dron və ballistik raketlərin istehsalı ilə bağlı sanksiyaların bir hissəsi olaraq 2 qurum və 8 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

“Biz İran rejimini İran xalqına qarşı zülmü dayandırmağa və onların tələblərinə vicdanla cavab verməyə çağırırıq”, – deyə xarici işlər naziri Melani Coli bəyanatda bildirib.
Digər xəbərlər: