Gündəm / Siyasət / Dünya
11:50, 12 Temmuz 2024
0

NATO Cənubi Qafqaza sürətlə nüfuz edir

NATO  Cənubi Qafqaza sürətlə  nüfuz  edir


Rusiya Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin genişlənməsindən narahatdır və Kanada nümayəndələrinin orada iştirakı NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsindən xəbər verir.

Globalpress.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yerli mətbuata müsahibəsində bildirib.

“Biz Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini mənfi qiymətləndiririk, bu barədə dəfələrlə deyilib”, - rusiyalı nazir müavini vurğulayıb.

Qaluzinin fikrincə, Avropa İttifaqının vəzifəsi region dövlətlərinin - Rusiya, İran və Türkiyənin ənənəvi tərəfdaşları və qonşularının maraqlarına zərər verərək Cənubi Qafqazda möhkəmlənməyə çalışmaqdır.
Digər xəbərlər: