Gündəm / Siyasət / Dünya
06:30, 05 Haziran 2024
0

Azərbaycan və Ermənistan barışığını dəstəkləməyə hazırıq

Azərbaycan və Ermənistan barışığını dəstəkləməyə hazırıq



Rəsmi Moskva Bakının İrəvanla barışığını dəstəkləməyə hazır olduğunu təsdiqləyir.
Globalpress.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavini qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-11-də Qazaxıstanda sülh müqaviləsinin hazırlanması məqsədilə keçirilən görüşünü müsbət qiymətləndirir.

“Bu, tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atılıb”, – Qaluzin vurğulayıb.


Mənbə/ TASS
Digər xəbərlər: