Gündəm / Siyasət / Cəmiyyət
Zaxarova: “Rusiya Cənubi Qafqaza dair səylərini davam etdirir“
Rusiya Cənubi Qafqazda sülhün bərqərar olması maraqları naminə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək və regionda vəziyyətin gərginləşməsinə səbəb ola biləcək təxribatçı ritorikadan çəkinməyə çağırır".
Globalpress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya həm siyasi səviyyədə, o cümlədən dövlət başçıları, Xarici İşlər Nazirliyi və bölgədəki Rusiya sülhməramlı kontingenti, Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti vasitəsilə silahlı insidentlərin qarşısını almaq üçün hər iki tərəflə müntəzəm əlaqə saxlayır:
“Moskva Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının bütün müddəalarını, o cümlədən 2022-ci il oktyabrın 31-də Soçi sammitinin gücdən və ya hədə-qorxudan istifadə etməmək barədə üddəaları ciddi şəkildə yerinə yetirmək zərurətindən çıxış edir".
Daha çox xəbər:

Zaxarova: “Moskva Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanmasına töhfə verir”

Azərbaycan və Rusiya XİN başçıları görüşüblər

Avropa İttifaqı Şurası Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərir - Rəsmi Moskvadan etiraz gəldi

Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının tezliklə işə salınmasının tərəfdarıdır - Zaxarova

Zaxarova: “Ümid edirik ki, Brüssel üçtərəfli razılaşmaları reallaşdırmağa kömək edəcək”