Gündəm / İqtisadiyyat / Dünya
15:50, 12 Temmuz 2024
0

Aİ ölkələrindən Ukraynaya yardım

Aİ ölkələrindən  Ukraynaya  yardım


Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım edəcək.
Globalpress.az- ın məlumatına görə, Vaşinqtonda keçirilən sammit zamanı Portuqaliyanın Baş naziri Luis Monteneqro ölkəsinin Ukraynanı qeyd-şərtsiz dəstəklədiyini bəyan edib.

"Mən onu da bildirmək istəyirəm ki, bu il bir qədər sonra biz verilən 126 milyon avroya daha 95 milyon avro əlavə edəcəyik", - Monteneqro qeyd edib.

Bundan başqa, Avstraliya da Ukraynaya təxminən 250 milyon dollar dəyərində hərbi yardım verəcək.

"Hökumət Avstraliyanın 250 milyon dollar dəyərində ən böyük tək hərbi yardım paketini elan edir", - deyə ölkənin Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatında deyilir.
Digər xəbərlər: