Gündəm / Siyasət / Dünya
19:00, 23 May 2024
0

Britaniya və müttəfiqləri Ukraynaya hərbi yardım göndərir

Britaniya  və müttəfiqləri  Ukraynaya  hərbi yardım göndərir


Britaniya və müttəfiqləri Ukraynaya 150 milyon funt sterlinq dəyərində yeni hərbi yardım paketi ayırıb.
Globalpress.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib.

“Hava və dəniz müdafiəsini gücləndirmək üçün Ukraynaya 150 milyon funt sterlinqlik hərbi yardım paketi göndərilir”, – nazir deyib.

Yardım paketinə ümumi dəyəri 70 milyon funt-sterlinq olan hava hücumundan müdafiə radarları, simulyasiya avadanlığı və elektron döyüş sistemləri daxil olacaq. Bundan başqa, Kiyevə 80 milyon funt-sterlinq dəyərində kiçik qayıqlar, kəşfiyyat dronları və pilotsuz suüstü nəqliyyat vasitələri də göndəriləcəck.
Digər xəbərlər: