Gündəm / Siyasət / Dünya
Çin lideri Ukrayna ilə bağlı müraciət etdi

Çin lideri: Dünya Ukraynadakı münaqişənin həlli üçün şərait yaratmalıdır...
Beynəlxalq ictimaiyyət Ukraynadakı münaqişənin həlli üçün şərait yaratmalıdır.
Globalpress.az xəbər verir ki, bunu Çin prezidenti Si Tsinpin Macarıstanın baş naziri Viktor Orbanla danışıqları zamanı deyib.
“Beynəlxalq ictimaiyyət birbaşa dialoqu və danışıqları bərpa etmək üçün hər iki tərəfə şərait yaratmalı və kömək göstərməlidir”, deyə Çin lideri vurğulayıb.
Si Tsinpinin sözlərinə görə, Ukraynadakı vəziyyətin tezliklə həlli bütün tərəflərin maraqlarına cavab verir.
ÇXR sədri əlavə edib ki, Pekin Ukrayna böhranının sabitləşməsi üçün Macarıstanla lazımi təmasları saxlamağa hazırdır. Həmçinin Si Tsinoin Ukraynadakı münaqişənin həllinin zəruriliyi ilə bağlı Budapeşt və Pekinin mövqelərinin üst-üstə düşdüyünü qeyd edib