Gündəm / Siyasət / Dünya
17:53, 21 Haziran 2024
0

NATO ölkələri Çinə sanksiya tətbiq edə bilər

NATO  ölkələri  Çinə  sanksiya tətbiq edə bilər


Pekin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişməsə, NATO ölkələri anti-Çin sanksiyaları tətbiq etməyi düşünməlidir.
Globalpress.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq CNN telekanalında bildirib.

“Çin Rusiyaya dəstəyi dayandırmasa, NATO müttəfiqləri iqtisadi sanksiyaların tətbiqini nəzərdən keçirməlidirlər”, – o deyib.

Baş katib hesab edir ki, Çin lideri ölkəsinin bu münaqişənin önündə olmadığı təəssüratını yaratmaq istəyir.
Bununla yanaşı, Stoltenberqin sözlərinə görə, Çin Rusiyaya hərbi iqtisadiyyatı inkişaf etdirməyə kömək edir.
Digər xəbərlər: