Gündəm / Siyasət / Dünya
17:30, 27 Haziran 2024
0

Rusiya bazası Ermənistandan çıxarılacaq

Rusiya  bazası Ermənistandan çıxarılacaq


Hətta Ermənistanın Aİ-yə daxil olması üçün danışıqlara başlamazdan əvvəl Aİ ilə münasibətlərin inkişafında növbəti addım Rusiya hərbi bazasının Ermənistandan çıxarılması tələbi olacaq.

Globalpress.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri Xosrov Harutyunyan deyib.

Onun sözlərinə görə, bu məsələ Aİ-yə üzvlüklə bağlı referendum keçiriləcəyi halda da gündəmə gələ bilər.

“Hərbi əməliyyat və Zəngəzura müdaxilə Azərbaycan və Türkiyə üçün faydalı olar, buna yalnız bir amil mane olur, o da Rusiyadır. Bu gün Türkiyə və Azərbaycanı hər məsələdə dəstəkləyən Rusiyadır. Bununla belə, o başa düşür ki, Zəngəzur Cənubi Qafqazda ən mühüm strateji nöqtədir, ona görə də Rusiya bundan imtina edə bilməz”, - deyə Harutyunyan qeyd edib.

Harutyunyan əmin olduğunu bildirib ki, Rusiyanın hərbi mövcudluğu Ermənistana kömək etməsə də, ən azından ona mane də olmayacaq.
Digər xəbərlər: