Gündəm / Siyasət / Cəmiyyət
Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçib Naxçıvana gedəcəklər
Ermənistan yaxşı başa düşür ki, gələcək iqtisadi artıma nəqliyyat blokadası mane olur. Bu gün biz onun götürülməsinə bir addım qalmışıq”.
Globalpress.az xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya müsahibəsində Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Rusiya dövlət rəsmisinin sözlərinə görə, Ermənistanın nəqliyyat təcridinin aradan qaldırılması bütün Cənubi Qafqazın, o cümlədən Rusiyanın inkişafına ciddi təkan verəcək:
“Rusiya investisiyalarının Ermənistana axını 5 milyard dollara çata bilər. Bunlar ilk növbədə enerji, nəqliyyat və logistika, eləcə də mədənçıxarma və emal sənayesi sahəsində layihələrdir”.
Baş nazirin müavini qeyd edir ki, nəqliyyat əlaqələrinin açılması hər iki tərəfə üstünlüklər verir:
“Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçməklə Naxçıvana və geriyə getmək imkanı əldə edəcəklər. Ermənistan isə nəhayət, Azərbaycan Respublikası ərazisindən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Rusiyaya, İrana, Orta Asiyaya və geriyə sərbəst hərəkəti imkanı əldə edəcək”.
Daha çox xəbər:

Azərbaycanda daha bir mötəbər tədbir KEÇİRİLƏCƏK

Bakı və İrəvan arasında razılaşma əldə olundu

Şarl Mişel: Cənubi Qafqazın təhlükəsizliyinə göstərilən səylərə dəstəyimiz tamdır

İlham Əliyevdən görüşlə bağlı İLK AÇIQLAMA

Prezident: “Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasında çox mühüm rol oynayır”