Gündəm / Siyasət / Dünya
19:33, 05 Nisan 2023
0

KTMT missiyası Ermənistana gəlir?

KTMT  missiyası  Ermənistana gəlir?


KTMT missiyasının regiona göndərilməsi Ermənistandan asılıdır.

Globalpress.az- ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi Ermənistanın KTMT missiyasını qəbul etməkdə marağının olmasından məmnunudur.

“İnanırıq ki, bu addım regiondakı vəziyyətin stabilləşməsinə yardım edəcək. Həm Rusiya, həm də digər müttəfiqlər buna hazırdırlar (KTMT missiyasını göndərməyə-red). Belə qərarlar KTMT çərçivəsində razılaşdırılır və təsdiq olunur. O ki qaldı KTMT missiyasının regiona göndərilməsinin vaxtına, mənə elə gəlir ki, burada hər şey aydındır, hər şey erməni həmkarlarımızdan asılıdır. Onlar hazır olan kimi, biz KTMT-nin müşahidə missiyasının hansı konkret modallıqda olacağı ilə bağlı predmetli işə qayıda bilərik. Ona görə də, top İrəvanın tərəfindədir”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.
Digər xəbərlər: