Gündəm / Siyasət / Dünya
15:00, 22 Nisan 2024
0

Putin və Paşinyan Rus sərhədçilərinin Ermənistanı tərk etməsini müzakirə edə bilərlər

Putin və Paşinyan  Rus sərhədçilərinin  Ermənistanı tərk etməsini müzakirə edə  bilərlər


Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan qısa müddətdə müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər.
Globalpress.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Gümrüdə yerləşən 102-ci hərbi baza ilə bağlı sualı cavablandıran Peskov deyib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal yoxdur.

“Biz gözləyirik ki, qısa müddətdə prezident Putin və baş nazir Paşinyan bu və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”,- Peskov Rusiya sərhədçi postlarının geri çəkilməsi ilə bağlı bəyanatları şərh edərkən bildirib.

Qeyd edək ki, Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığı çərçivəsində 2021-ci ildə Tavuş vilayətində - Azərbaycanla şərti sərhəddə Rusiya sərhəd mühafizə postları yerləşdirilib.
Digər xəbərlər: