Gündəm / Cəmiyyət / Sosial
Reabilitasiya vasitələrinin satılması qadağan olunur

Əlilliyi müəyyən edilmiş şəxsə verilən reabilitasiya vasitələrinin satılması və bağışlanması qadağan edilib.
Globalpress.az- ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Belə ki, sənədə yeni bənd əlavə olunub. Qeyd edilib ki, bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Şəxsə verilmiş reabilitasiya vasitələrinin satılması və ya bağışlanması qadağandır.
Qaydanın 3.14-cü bəndi isə belədir: Minik avtomobili verilmiş Şəxs vəfat etdikdən sonra avtomobil onun ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır və vəfat etmiş Şəxsin ailəsinin mülkiyyətinə verilir.
Daha çox xəbər:

Yanvar-iyun aylarında 25,5 min şəxsə əlillik təyin olunub, 32,1 min şəxsə reabilitasiya xidməti göstərilib

Baş nazir Əli Əsədov qərar imzaladı

Əlilliyi olan şəxsləri reabilitasiya müəssisələrində müşayiət edən şəxslərin həmin müəssisələrdə qidalanması da dövlət büdcəsi hesabına təmin ediləcək

Dövlət reabilitasiya müəssisələrinin Nümunəvi Nizamnaməsi təsdiqləndi

Son beş ayda 21,4 min şəxsə əlillik təyin edilib, 26,5 min şəxsə reabilitasiya xidməti göstərilib