Gündəm / İqtisadiyyat / Sosial
Dövlət reabilitasiya müəssisələrinin Nümunəvi Nizamnaməsi təsdiqləndi
Dövlət reabilitasiya müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib.
Pravda.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Nizamnaməyə əsasən, Dövlət reabilitasiya müəssisələrinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- müvafiq sahənin inkişafında iştirak etmək;
- əlilliyi olan şəxslərin reabilitasiyasını və abilitasiyasını həyata keçirmək, o cümlədən onlara lazımi tibbi, pedaqoji, psixoloji, sosial və digər yardımlar göstərmək;
- əlilliyin erkən diaqnostikası, həmçinin sağlamlığın qorunması, sağlam həyat tərzinin və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, istehsalat zədələrinin, peşə xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə (dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətlərin zəmanət verilmiş həcmi istisna olmaqla) müqavilə əsasında ödənişli xidmətlər göstərmək;
Müəssisənin Nizamnaməsində müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.
Müəssisənin fəaliyyətinə nəzarəti təsisçi, həmçinin Müəssisənin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada onun tabe olduğu dövlət orqanı (qurumu), habelə Müəssisənin idarəetmə orqanı həyata keçirir. Müəssisə fəaliyyətinə dair illik hesabatı tabe olduğu dövlət orqanına (qurumuna) təqdim edir. Müəssisədə daxili audit bölməsi yaradıldığı halda Müəssisənin tabe olduğu dövlət orqanı (qurumu) həmin bölmənin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə qərar qəbul edir.
Daha çox xəbər:

Sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi təsdiq olundu

Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olundu - FOTO

Bu vətəndaşlara mənzil və avtomobillər veriləcək - RƏSMİ

Baş nazir müharibədə iştirak etmiş şəxslər və şəhid ailələri ilə bağlı qərar imzaladı

TƏBİB yenidən təşkil olunacaq