Gündəm / Cəmiyyət / Sosial
Son beş ayda 21,4 min şəxsə əlillik təyin edilib, 26,5 min şəxsə reabilitasiya xidməti göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-may aylarında 21,4 min şəxsə əlillik təyin edilib.
Onlardan 10,1 mininə ilkin, 11,3 mininə isə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.
Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 26,5 min şəxsə reabilitasiya xidməti göstərilib, 5,4 min şəxsə 33,2 min reabilitasiya vasitəsi verilib.
Daha çox xəbər:

Yanvar-aprel aylarında 16,6 min şəxsə əlillik təyin edilib

2018-2023-cü illər: 231 min şəxsə əlillik təyin edilib, 100 min şəxsə reabilitasiya xidməti göstərilib

Bu il Azərbaycanda 46 500 şəxsə əlillik təyin edilib

Müharibədən sonra 21 mindən çox şəxsə dəstək göstərilib - RƏSMİ

Bu il 2200 qaziyə əlillik təyin edilib