Gündəm / Siyasət / Dünya
ABŞ Gürcüstanı NATO sammitinə dəvət edib

ABŞ administrasiyası Gürcüstanı Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) iyulun 9-11-də paytax Vaşinqtonda keçiriləcək sammitində iştirak etməyə dəvət edib.
Globalpress.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen məlumat verib.
"Gürcüstan tərəfdaşlar üçün keçirilən zirvə tədbirlərinə dəvət olunublar", - deyə diplomat qeyd edib.
Eyni zamanda, o əlavə edib ki, Gürcüstan hakimiyyətinin hərəkətləri Tbilisinin Aİ və NATO-ya üzv olmaq istəyi ilə bir araya sığmır.
Mənbə: TASS