Gündəm / Siyasət / Dünya
Ukrayna hələlik NATO- ya daxil edilməyir

İyulun 9-11-də Vaşinqtonda keçirilməsi planlaşdırılan NATO sammitində Ukraynanın alyansa dəvət edilməsi ilə bağlı qərar qəbul edilməyəcək.
Globalpress.az xəbər verir ki, bu barədə respublikanın qurumdakı daimi nümayəndəsi Natalya Qalibarenko “Ukrinform” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 32 üzv dövlətin hər biri belə bir dəvətə “hə” deməli olduğu halda, hələlik NATO-da Ukraynanı hərbi bloka dəvət etmək barədə siyasi konsensus yoxdur.
Qalibarenko əlavə edib ki, Ukraynanın NATO-ya üzvlük perspektivi bu ölkədə münaqişə başa çatdıqdan sonra reallaşacaq, ona görə də Kiyev tərəfdaşlarını blokdakı gələcəyi ilə bağlı qərar qəbul etməyə sövq edəcək.
Şimali Atlantika Alyansı 2008-ci ilin aprelində Buxarest sammitində “Ukrayna və Gürcüstanın nəticə etibarı ilə NATO-ya üzv olacağına” dair siyasi bəyanat qəbul etmiş, lakin bu ölkələrə hüquqi sahədə ilk addım olan Üzvlük Fəaliyyət Planını təqdim etməmişdir.
Mənbə: Sputnik