Gündəm / Siyasət / Dünya
Çin Rusiyaya yardım etməyəcək

Pekin Ukraynaya qarşı genişmiqyaslı müharibə çərçivəsində Rusiyaya hərbi yardım göstərməyəcək.
Globalpress.az- ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken Çin prezidenti Si Tsinpinlə görüşdən sonra bildirib.
ABŞ dövlət katibi vurğulayıb ki, Çinin Rusiyaya ölümcül hərbi yardım göstərməsinə dair heç bir sübut yoxdur və Vaşinqton Pekinin müvafiq təminatlarını yüksək qiymətləndirir.
"Bizi həqiqətən narahat edən Çin firmalarıdır - Rusiyanın Ukraynaya təcavüzünü inkişaf etdirmək üçün istifadə edə biləcəyi texnologiyanı təmin edə bilən şirkətlərdir. Və biz Çin hökumətindən bu məsələdə çox ayıq olmasını xahiş etdik", - Blinken deyib. O əlavə edib ki, Çinin təminatları ABŞ üçün yeni deyil.