Gündəm / Siyasət / Dünya
NATO Rusiyaya çağırış etdi

Rusiya Moldovaya qarşı təzyiqlərini davam etdirir.
Globalpress.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Moldovanın baş naziri ilə birgə mətbuata açıqlamasında deyib.
Baş katib qeyd edib ki, Moskva Moldova cəmiyyətində qeyri-sabitlik və ölkədə demokratiyaya təhlükə yaratmaq istəyir.
“NATO Moldovanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və biz Rusiyanı qoşunlarını Moldovadan çıxarmağa çağırırıq. Moldova bizim gələcək köməyimizə arxalana bilər", - baş katib vurğulayıb