Gündəm / Cəmiyyət / Sosial
07:00, 25 May 2024
0

32 ailə Şuşaya yola salınıb

32 ailə  Şuşaya yola salınıb


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
Globalpress.az xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola çıxıb.

Bu mərhələdə Şuşa şəhərinə 32 ailə – 125 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.
Digər xəbərlər: