Gündəm / Siyasət / Cəmiyyət
12:20, 27 Mart 2024
0

Bu gün Füzuliyə 35 ailə köçürülüb

Bu gün Füzuliyə 35 ailə  köçürülüb



Bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
Globalpress.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 134 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 631 ailənin, yəni 2 379 nəfərin daimi məskunlaşması təmin edilib.
Digər xəbərlər: