Gündəm / Cəmiyyət / Sosial
13:50, 22 Nisan 2024
0

Füzuliyə növbəti köç karvanı yola salınıb

Füzuliyə  növbəti  köç karvanı yola salınıb


Bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
Globalpress.az xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 172 nəfər köçürülür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 705 ailənin, yəni 2 689 nəfərin daimi məskunlaşması təmin edilib.
Digər xəbərlər: