Gündəm / Siyasət / Cəmiyyət
Rusiya hərbçiləri bu məntəqələri tərk edirlər

Rusiya hərbçilərinin Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxarılması prosesi davam edir.
Globalpress.az- ın məlumatına görə, bu gündən etibarən Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədində yerləşən Syünik, Vayots Dzor, Geqarqunik, Ararat və Tavuş vilayətlərindəki dayaq məntəqələrini tərk etməyə başlayıblar.
Qeyd edək ki, ötən gün Rusiya sərhədçiləri 2020-ci ilin dekabrında Gorus və Qafanın Çakaten kəndi arasında sərhəddə qurulan postlardan çıxmağa başlayıb.
Xatırladaq ki, mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bununla bağlı razılıq əldə edilib. Razılaşmaya əsasən, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri məntəqələri tərk etməlidirlər.
Mənbə / Erməni KİV
Daha çox xəbər:

Putin və Paşinyan Rus sərhədçilərinin Ermənistanı tərk etməsini müzakirə edə bilərlər

Rusiya sərhədçiləri Zvartnots aeroportunu tərk edəcək

Putin və Paşinyan arasında görüş planlaşdırılmayıb

Şarl Mişel: Cənubi Qafqazın təhlükəsizliyinə göstərilən səylərə dəstəyimiz tamdır

Paşinyan Rusiyaya səfər edib