Gündəm / Siyasət / Dünya
Rusiya sərhədçiləri Zvartnots aeroportunu tərk edəcək

Avqust ayında Rusiya sərhədçiləri İrəvandakı Zvartnots hava limanını tərk edəcək.
Globalpress.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, siyasi deyil, işgüzar prosesdir.
"Biz Rusiya tərəfi qəbul edilən qərarla bağlı məlumatlandırmışıq. Avqustun 1-dən Zvartnots aeroportunda erməni sərhədçilər fəaliyyətə başlayacaq", - baş nazir deyib.
Mənbə TASS