Gündəm / Siyasət / Dünya
Ukrayna bu halda NATO- ya üzv ola bilər

Ukrayna yalnız Rusiya ilə olan müharibə başa çatdıqdan sonra NATO-ya üzv ola bilər.
Globalpress.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
Ukraynanın NATO-ya daxil olması üçün vaxt cədvəli ilə bağlı hər hansı müzakirənin olub-olmadığına dair suala Miller belə cavab verib: “Cədvəlin təsdiqlənməsi ilə bağlı heç nə dəyişməyib. Bu, hələ də müharibənin bitməsindən asılıdır. Nəticədə, bu, münaqişə bitdikdən sonra irəliləyəcək bir prosesdir”.
Eyni zamanda o, qeyd edib ki, Vaşinqton bu məsələ ilə bağlı öz mövqeyini bildirib və bu, dəyişməz olaraq qalır.