Gündəm / Siyasət / Dünya
07:04, 24 Temmuz 2023
0

Gələn il Ukrayna NATO-ya üzv ola bilər

Gələn il Ukrayna  NATO-ya  üzv ola bilər


Ukrayna gələn il ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək NATO sammitində Alyansa qoşula bilər.

Globalpress.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov CNN-ə müsahibəsində irəli sürüb.

“Kim bilir, bəlkə də bu, Ukrayna üçün çox vacib bir gün olacaq. Bu, sadəcə mənim proqnozumdur”, – müdafiə naziri telekanala bildirib.

Nazir 5-ci maddəyə istinad edərək Ukraynanın yalnız müharibə başa çatdıqdan sonra Alyansa qoşula biləcəyini etiraf edib. Savaşın gələn yayadək bitib-bitməyəcəyi ilə bağlı sualına onun cavabı konkret olub: “Bəli. Biz bu müharibədə qalib gələcəyik”.

Müdafiə nazirinin sözlərinə görə, Ukraynanın Rusiya ilə mübarizəsini nəzərə alsaq, onun NATO-ya daxil olmasının faydaları yalnız artıb.
Digər xəbərlər: