Gündəm / Siyasət / Dünya
Çin buna qarşı çıxdı

Çin ABŞ raketlərinin Asiya-Sakit okean regionunda yerləşdirilməsinə qarşı çıxıb.
Globalpress.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq brifinqdə danışıb.
“Çin ABŞ-ın hərbi sahədə birtərəfli üstünlük əldə etmək üçün Asiya-Sakit okean bölgəsində orta mənzilli raketlər yerləşdirməsinə və bunu ÇXR sərhədləri yaxınlığında etməyi intensiv hala gətirməsinə hər zaman qətiyyətlə qarşı çıxıb”, - o vurğulayıb.
O, Vaşinqtonu digər dövlətlərin təhlükəsizlik maraqlarına səmimi hörmətlə yanaşmağa və Asiya-Sakit okean regionunda sülh və sabitliyə xələl gətirməyi dayandırmağa çağırıb.