Gündəm / Siyasət / Dünya
11:45, 28 Temmuz 2023
0

Putin bu sammitə dəvət olunmayacaq

Putin bu sammitə dəvət olunmayacaq


ABŞ hakimiyyəti Rusiya Prezidenti Vladimir Putini Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) San-Fransisko şəhərində (Kaliforniya ştatı) keçiriləcək sammitinə dəvət etmək niyyətində deyil.

Globalpress.az xəbər verir ki , 2022-ci ildə sanksiyaya məruz qalan Rusiya Prezidentinin Birləşmiş Ştatlara girişi ümumiyyətlə qadağan olunub və onun sammitdə iştirakı üçün xüsusi icazə lazımdır.

Qəzetin yazdığına görə, Ağ Ev Honq-Konq administrasiyasının rəhbəri Con Lini də sammitə buraxmamağı qərara alıb. Vaşinqton əvvəllər ona və bəzi digər Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

APEC sammiti noyabrda San-Fransiskoda keçiriləcək. Foruma 19 ölkə və 2 ərazi vahidi daxildir.
Mənbə / The Washington Post
Digər xəbərlər: