Gündəm / İqtisadiyyat / Dünya
İrana qarşı sanksiya hazırlanır

ABŞ Yaxın Şərqdəki münaqişə fonunda İranın neft sektoruna qarşı yeni sanksiyalar hazırlayır.
Globalpress.az xəbər verir ki, bu barədə “Bloomberg”ə Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Amos Hohşteyn bildirib.
San-Fransiskoda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Amos deyib: “Biz bu sanksiyaları tətbiq edəcəyik”.