Gündəm / Siyasət / Dünya
BMT Baş katibi təcili çağırış edib

Baş katibi Antonio Quterreş Qəzzada təcili atəşkəslə bağlı çağırış edib.
Globalpress.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.
Belə ki, “Mən təcili humanitar atəşkəsə və bütün girovların qeyd-şərtsiz azad edilməsinə çağırışımı təkrarlayıram”, - deyə Baş katib yazıb.
O bildirib ki, indiyə qədər Qəzzada 30 mindən çox insan ölüb, 70 mindən çox insan yaralanıb.
Qeyd edək ki, Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.
Həmçinin Misir Prezidenti Əbdülfəttah əs-Sisi fevralın 28-də deyib ki, yaxın vaxtlarda Qəzzada atəşkəs elan oluna bilər.