Gündəm / Siyasət / Dünya
08:18, 16 Ekim 2023
0

Antonio Quterreş İsrailə müraciət edib

Antonio  Quterreş  İsrailə  müraciət edib


BMT-nin Baş katibi Antonio Quterreş İsraili Qəzza zolağına humanitar yardım göstərməyə çağırıb
Globalpress.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş İsraili Qəzza zolağına sürətli və maneəsiz humanitar girişi təmin etməyə çağırıb.

“Yaxın Şərqdə uçurumun astanasında olduğumuz bu dramatik anda iki güclü humanitar çağırış etmək BMT-nin Baş katibi kimi mənim borcumdur. İsrail humanitar yardımın, həmçinin Qəzza zolağındakı humanitar işçilərə çatdırılması üçün sürətli və maneəsiz çıxış təmin etməlidir”, - deyə Baş katib bildirib.

O, həmçinin Fələstinin HƏMAS hərəkatından girovların heç bir şərt qoyulmadan dərhal azad edilməsini istəyib.
Digər xəbərlər: