Gündəm / Siyasət / Dünya
Quterreş Misirə gedəcək

BMT-nin baş katibi Antonio Quterreş oktyabrın 19-da Misirə səfər edəcək.
Globalpress.az- ın məlumatına görə , bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
Onun sözlərinə görə, baş katib Misirin paytaxtı Qahirəyə səfəri zamanı Misir rəhbərliyinin nümayəndələri, o cümlədən prezident Əbdülfəttah əs-Sisi və digər rəsmilərlə regiondakı vəziyyəti müzakirə edəcək.
BMT rəsmisi Quterreş Misirdə humanitar yardım üçün Qəzza zolağına çıxış məsələsini də gündəmə gətirəcək.