Gündəm / Siyasət / Dünya
NATO Ukrayna hərbçiləri üçün müasir təlim mərkəzi qurur

NATO rəhbərliyi Ukrayna hərbçilərinin təlim və təhsili üçün müasir təlim mərkəzi yaratmağa hazırlaşır.
Globalpress.az xəbər verir ki, yeni layihə Avropa İttifaqının missiyasını və artıq Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçirən bəzi Qərb ölkələrinin proqramlarını tamamlayacaq.
NATO-nun təlim mərkəzində hərbçilərin adi təlimləri ilə yanaşı, Ukrayna hərbi rəhbərləri strategiya və müdafiənin idarə edilməsi üzrə təlim keçəcəklər.
Məqsəd Ukraynaya dəstək vermək və onun qüvvələrini NATO standartlarına uyğunlaşdırmaqdır.