Gündəm / Dünya / Siyasət
10:52, 14 Nisan 2023
0

Finlandiya NATO- da təlim keçirdi

Finlandiya  NATO- da təlim  keçirdi


Globalpress.az- ın məlumatına görə Finlandiya NATO-ya üzv olduqdan sonra Rusiya sahillərində ilk hərbi təlimini keçirib.

Finlandiyanın sahil donanmasının təlimlərində NATO-nun iki gəmisi də iştirak edib.

Burada söhbət Almaniya Hərbi-Dəniz Qüvvələrinin “FGS Mecklenburg-Vorpommern” və Portuqaliyanın “NRP Bartolomeu Dias” gəmisindən gedir.

Almaniya gəmisi təqribən 3600 ton çəkiyə malikdir və göyərtəsində 193 ekipaj üzvü və 26 zabit var. 3200 ton çəkiyə sahib Portuqaliya gəmisində isə 174 ekipaj üzvünün olduğu bildirilir.

Xatırladaq ki, Finlandiya aprelin 4-ü rəsmi olaraq NATO-ya üzv olub.
Digər xəbərlər: