Gündəm / Siyasət / Dünya
Niderland Ukraynaya F16 göndərib

Niderland Krallığı Ukrayna üçün ilk olaraq 5 ədəd F-16 qırıcısı göndərib.
Globalpress.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
Qeyd edilib ki, F-16-lar ukraynalı pilotların təlim keçəcəyi Rumıniyaya aparılır. Məlumata görə, orada yaxın vaxtlarda Ukrayna hərbçilərinin təlim keçəcəyi mərkəz açılacaq. Bununla belə, Ukrayna Silahlı Qüvvələrinin döyüş bölgəsində F-16 qırıcılarından istifadə edə biləcəyi tarix hələ ki məlum deyil.
Pilot hazırlığının azı altı ay çəkəcəyi gözlənilir