Gündəm / Hadisə / Dünya
17:00, 10 Şubat 2024
0

Qəzzada ölənlərin sayı artıb

Qəzzada ölənlərin sayı artıb

2023 -cü ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 28 min 64-ə çatıb.
Globalpress.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə nazirliyi məlumat yayıb.

Qəzza zolağında son hücumlarda daha 152 nəfər yaralanıb. Ümumi yaralı sayının 67 min 611-ə çatığı deyilir.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.
Digər xəbərlər: