Gündəm / Hadisə / Dünya
14:40, 31 Ocak 2024
0

Qəzzada müharibə qurbanlarının sayı artıb

Qəzzada  müharibə qurbanlarının sayı artıb


İsrail və HƏMAS arasında Qəzza zolağında döyüşlər nəticəsində ölənlərin sayı 26 900-ə çatıb.
Globalpress.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaralıların sayı isə 65 949-a yüksəlib.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.
Digər xəbərlər: