Gündəm / Hadisə / Dünya
14:00, 04 Şubat 2024
0

Qəzzada müharibə qurbanlarının sayı artıb

Qəzzada  müharibə  qurbanlarının sayı artıb


Qəzzada son sutka ərzində 127 fələstinli həlak olub, 178-i yaralanıb.
Globalpress.az xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağında ümumilikdə 27 365 fələstinli həlak olub, 66 630-u yaralanıb.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.
Digər xəbərlər: