Gündəm / Siyasət / Dünya
10:10, 06 Şubat 2024
0

Aİ Rus diplomatlara qadağa tətbiq edir

Aİ Rus diplomatlara qadağa  tətbiq  edir


Avropa İttifaqı (Aİ) rusiyalı diplomatların akkreditə olunduğu ölkədə səyahətini məhdudlaşdırmaq və beləliklə, onlara Şengen zonası ətrafında hərəkətini qadağan etmək istəyir.
Globalpress.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Məlumata görə, müvafiq təklif Avropanın Rusiyaya qarşı sanksiyalarının 13-cü paketinə daxildir.

Əlavə edilir ki, bu, ötən il Rusiya diplomatlarının hərəkət azadlığını əlindən almaqda israrlı olan Çexiyanın çoxdankı tələbidir. Çexiya hökuməti rusiyalı diplomatlara xüsusi viza və yaşayış icazəsi verilməsini təkid edirdi.

Nəşrin yazdığına görə, Şengen zonası daxilində səyahətlərə çox vaxt nəzarət olunmadığı üçün bu planın hansı formada həyata keçiriləcəyi hələlik məlum deyil.

Nəşrin mənbələri qeyd edir ki, Avropa Komissiyası Avropa firmalarının ikili təyinatlı mallar və hərbi məhsullar sata bilmədiyi Rusiya şirkətlərinin siyahısını da genişləndirəcək.
Digər xəbərlər: