Gündəm / Siyasət / Dünya
Rusiyaya avadanlıq tədarük edən şirkətlərə sanksiya tətbiq ediləcək

Avropa İttifaqı (Aİ) Rusiyaya avadanlıq tədarük edən şirkətlərə qarşı sanksiyalar tətbiq edə bilər.
Globalpress.az- ın məlumatına görə, bu barədə “Financial Times” nəşri yazıb.
Nəşrin yazdığına görə, sanksiyalar Aİ-nin bütün 27 ölkəsi ilə razılaşdırıla bilsə, bu, Avropanın anti-Rusiya sanksiyaları çərçivəsində Çin, BƏƏ və Ermənistan şirkətlərinə sanksiya tətbiq ediləcək.
Nəşrin məlumatına görə, 11-ci sanksiyalar paketinə Çindən yeddi, Birləşmiş Ərəb Əmirliklərindən iki, Ermənistandan isə daha bir şirkət daxil olacaq.