Gündəm / Siyasət / Dünya
11:23, 06 Şubat 2024
0

Biz mənalı rol oynamanı alqışlayırıq

Biz mənalı rol oynamanı alqışlayırıq


ABŞ Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi xəbərinə münasibət bildirib.
Globalpress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Əgər hər hansı bir ölkə Rusiyanın bəzi pis rəftarlarının qarşısını almaqda mənalı bir rol oynaya bilsə, biz bunu əlbəttə alqışlayarıq”,- Patel bildirib.

Türkiyənin xarici siyasəti ilə bağlı öhdəlikləri şərh etmək istəməyən ABŞ rəsmisi Qara Dəniz Taxıl Təşəbbüsünün müvəffəqiyyətində Türkiyənin təsiri mövzusuna toxunub:

"Biz Ukrayna taxılının getməli olduğu yerə çatmasının və bu sahədə etibarlı irəliləyişin əldə olunmasının təmin edilməsinin kritik əhəmiyyətini hiss etməyə davam edirik. Bu, əlbəttə ki, alqışlanası addımdır”.
Digər xəbərlər: